Capoeira nədir?

«Capoeira» Brazilya əsilli idman növüdür. Brazilyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü Brazilya başda olmaqla dünyanın 120 yaxın ölkəsində mövcuddur. Estetik görünüşü, musiqi, rəqs və döyüşü özündə cəmləşdirməklə digər döyüş növlərindən fərqlənir. Bir çox insana görə «Capoeira» bir döyüş sənəti, öznünü müdafiə üsulu və ya sadəcə bir oyun ola bilər. Brazilyadakı «Capoeira»nın təməlini qoyan qullar üçün Capoeira Azadlığa gedən yol idi. Əgər siz də «Capoeira» ilə maraqlanır və ya məşğul olursunuzsa bu yolu asanlıqla tapacaqsız!

1932-ci ilə qədər qadağan olunan «Capoeira»-ya Mestre Bimba (Mestre- «Capoeira»da ən yüksək dərəcə) yeni əlavələr edərək modernləşdirmiş və Brazilya dövlət rəsmiləri ilə ortaq qərara gələrək Capoeira-ya qoyulan qadağa aradan qaldırılmışdır. Bundan sonra «Capoeira» sürətli şəkildə inkişaf etmiş və daxilinə yeni stillər əlavə olunaraq, daha da modernləşmişdir.

«Capoeira» RODA (hoda) adı verilən insanlardan ibarət olan bir dairə içərisində, 2 şəxsin bəlli stillərdə və ritmlərdə oynanan oyundur. Bu oyunun adı JOGO-dur. Roda içərisində və Jogo (oyun)nun müəyyən qayda qanunları vardır. Roda içərisində «Capoeira»-ya məxsus olan, musiqi alətlərindən ibarət orkestr vardir. Orkestrə Berimbao, Pandeyru, Atabaque (atabake), Agogo və s. kimi müsiqi alətləri aiddir.

Berimbao istisna olmaqla digər musiqi alətləri sonradan əlavə olunub.

«Capoeira» tempə görə bir neçə növə bölünür. Rəqiblər bu növləərə əsasən asta, orta temp və sürətli  Jogo (oyun) qururlar.

Angola asta temp, Banguela orta temp, Regional isə sürətli növlərdir.