Nə üçün uşaqlar məhz Capoeira ilə məşğul olmalıdır, Capoeiranın uşaqlar üçün faydası nədir?

Nə üçün uşaqlar məhz Capoeira ilə məşğul olmalıdır, Capoeiranın uşaqlar üçün faydası nədir?🙂🤸‍♂️🤩

Çünki Capoeira uşaqları tam olaraq həyatın bir çox yönlərində inkişaf etdirir:

* Fiziki təlim – uşaqlar bütün əzələləri gücləndirən və duruşa faydalı müxtəlif hərəkətlər edirlər. Capoeira ilə məşğul olan uşaqlar nəinki atletik və güclü olurlar, həmçinin onlarda dözümlülük formalaşır. Uşaq sağlam və güclü olur.
* Plastika və akrobatika – Capoeira dərsləri vasitəsilə uşaqlar yeni bacarıqlar inkişaf etdirir – əllər üzərində dayanma, most, şpaqat və s.
* Psixoloji faktor – uşaqlar daha intizamlı, özünə inamlı olur, komplekslərdən qurtulurlar. Hətta ən çox özünə güvəni olmayan uşaq belə, müxtəlif əngəlləri keçməyi öyrənərək öz gücünə inanmağa başlayır.
* Musiqi – Capoeirada təlim zamanı bir neçə musiqi aləti səslənir. Capoeiranın nə olduğunu daha yaxşı anlamağa kömək edən mahnılar oxunan zaman, uşaqlarda ritmi hiss etmə, eşitmə duyğusu və səs inkişaf edir
* Portuqaliya dili – hərəkətlərin adları, saylar, mahnılar. Beləliklə, vaxt keçdikcə uşaq yeni xarici dil ilə tanış olur. 3-4 ildən çox məşğul olan uşaqlar, qayda olaraq, Portuqal dilində sadə ifadələrlə danışa bilərlər.