Macarıstan Budapest Open 2022 çempionatından 14 medal!

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası 14-16 Yanvar tarixlərində Macarıstanın Paytaxtı, Budapeşt Şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Turnirə 16 nəfər idmançı ilə qatılan yığma komandamız 14 medal qazanaraq , ən çox medal qazanan komandalar içərisində 2-ci yerə layiq görülüb.

Bundan əlavə yarışda 3 beynəlxalq hakim  Baş Məşqçi Elgiz Əlizadə,Oxçu Şahmuradov, Və Zahid Rüstəmbəyov ölkəmizi təmsil edib.  

 

Nəticələri təqdim edirik :

 

Uşaq kateqoriyalarında

 

1-ci yer

 

Fəxri Məmmədəlizadə

 

Pənahlı Cavidan

 

Rəhimzadə Şəms

 

2-ci yer

 

Vəliyev Qabil

 

Rəsul Muradlı

 

Maksim Okolokulak

 

Məmmədli Əli

 

3-cü yer

 

Abdullayev Kenan

 

Məmmədzadə Cavadxan

 

Böyüklər kateqoriyasında

 

1-ci yer

Fərid Allahverdiyev  (-82 kq)

 

2-ci yer 

 

Oxçu Şahmuradov (+82 kq )

 

Xuraman Ramazanova (+60 kq)

 

3-cü yer

 

Fərid Səlimov (-70 kq)

 

Elsevər Heydərov (-82 kq)