“Münaqişədən sonra gənclər və uşaqlara dəstək” Lahiyəsinə start verildi.

Nəzərinizə çatdırmaq istərdik gələn həftədən etibarən Azərbaycan Kapoeyra federasiyası və BMT-nin qaçqınlar üzrə ali komissarlığının təşkilatçılığı ilə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəmiz başlayır. Lahiyəyə Gənclər və idman nazirliyi, Brazilya səfirliyi həmçinin Əmək və əhalinin sosial müdafiəsi nazirliyi də öz dəstəyini göstərir.
Layihə Bərdə ,Gəncə və Bakıda olmaqla 3 böyük şəhərdə aparılacaqdır. Layihənin əsas məqsədi müharibədən sonra konflikt sonrası insanlarda bədən tərbiyyəsi və idman yəni Capoeira ilə onlara təsir göstərmək, Onların psixoloji və mənəvi vəziyyətlərini normallaşdırmaq.

Layihədə həmçinin ölkəmizdə yaşayan xarici qaçqın statusu olan şəxslər də iştirak edə biləcəklər.